Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-04-2024 , 18:46

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan ağacəkmə aksiyası keçirilib


Dövlət başçısının Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub.

Bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli  Sərəncamından irəli gələn məsələlər barədə” tövsiyə hazırlanaraq bütün bələdiyyələrə göndərilib.

Tövsiyəyə uyğun olaraq ölkənin ayrı-ayrı bələdiyyələri tərəfindən çoxsaylı ağacəkmə aksiyaları və ekoloji tədbirlər həyata keçirilir.

Aprelin 20-də  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının və Nərimanov bələdiyyəsinin təşkilatçılığı ilə Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Ədliyyə Nazirliyinin əməkdaşları və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təmsilçiləri və Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin nümayəndələri iştirak ediblər.

Aksiyanın keçirilməsində məqsəd yaşıllaşdırma ənənələri irsini davam etdirmək və insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Aksiyada yerli iqlim şəraitinə uyğun olan ağaclar əkilib. Həmçinin əkilmiş ağaclara qayğı göstərilməsi məqsədilə müvafiq qulluq vasitələrindən istifadə etməklə lazımi tədbirlər görülüb.

Sonda aksiya iştirakçıları ilə xatirə şəkli çəkilib.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024